III fəsil
• ELEKTROMAQNİT RƏQSLƏRİ VƏ
DALĞALARI
- ABŞ-ın "Patriot" və Rusiyanın "C-400" zenit-raket kompleksi hava hücumundan ən mükəmməl müdafiə
sistemləri sayılır. Sistemin radarlarından fəzaya şüalandırılan elektromaqnit dalğalarının
köməyi ilə havada uçan və ölkə ərazisi üçün təhlükə törədə bilən ixtiyari hədəfin dəqiq
koordinatları müəyyən olunur və o, dərhal əks raket zərbəsi ilə məhv edilə bilir.
- Elektromaqnit dalğası nədir?
- Elektromaqnit dalğalarının köməyi ilə hədəfin dəqiq koordinatları necə təyin edilir?
- Dünyada ən nəhəng süni bənd Çində, Yansızı çayının üzərində tikilmiş "Üç dərə" SES-dir.
Stansiyanın 32 generatorunun hər birinin gücü 700 MVt olub ümumilikdə 22 400 MVt-dır. Müqayisə
üçün deyək ki. Mingəçevir SES-in 6 generatorunun ümumi gücü cəmi 420 MVt-dır.
- SES generatorunun iş prinsipi nəyə əsaslanır?
- Polyaroid filtri - fotoaparat və kinokameraların çox faydalı aksesuarıdır. Filtr peyzaj
fotoqrafı üçün elə əhəmiyyətli vasitədir ki, demək olar, o, aparatın obyektivindən heç vaxt
çıxarılmır. Polyaroid filtri ətraf mənzərənin parıltısını azaldır, su altındakı obyektlərin
aydın görüntüsünü təmin edir.
- Polyaroid nədir?
- Polyaroid filtri mənzərənin aydın görüntüsünü necə təmin edir?