|
|
Fəaliyyyət • | Efirləşmə reaksiyası. Reaksiya sxemini tamamlayın və mürəkkəb efiri adlandırın. Reaksiyanın
baş verməsinə səbəb olan amili müəyyənləşdirin. Reaksiyanı sağa yönəltmək üçün reagent və
məhsulların miqdarını necə dəyişmək lazım olduğunu cədvəlin müvafiq sətrində yazın.
|
Efirləşmə reaksiyasının bəzi xüsusiyyətləri:
1) reaksiyada alman su karbon turşusunun -OH qrupu ilə spirtin -OH qrupunun H atomundan əmələ gəlir, 2) efirləşmə reaksiyası dönən prosesdir.
Tarazlığı efirin alınmasına tərəf yönəltmək üçün Le-Şatelye prinsipinə görə aşağıdakıları yerinə yetirmək lazımdır:
3) reaksiya qatı sulfat turşusu iştirakmda aparılır
Mürəkkəb efirlər həmçinin spirtlərlə turşu anhidridlərinin (a) və spirtlərlə mürəkkəb efirlərin (b) qarşılıqlı təsirindən də alınır:
Sonuncu reaksiya (b) - mürəkkəb efirlərin yenidən efirləşməsi adlanır.