3.4. YAĞLAR
• Keçdiklərinizi xatırlayın •
- Qliserin və ali karbon turşularının qarşılıqlı təsirindən hansı maddələr alınır?
Mənşəyindən, aqreqat halından və tərkibindən asılı olmayaraq yağların insan orqanizmində mühüm
funksiyası orqanizmi enerji ilə təmin etməkdir.
|
- İnsan orqanizmində yağlar hansı iki mühüm kimyəvi çevrilmə nəticəsində bu funksiyanı
yerinə yetirir?
|
Yağlar - üçatomlu spirt olan qliserin ilə birəsaslı (əsasən, ali) karbon turşularının mürəkkəb
efirləridir. Belə birləşmələrin ümumi adı triqliseridlərdir.
Fəaliyyyət • Yağların tərkib
aqreqat halı və mənşəyi
Sxemə əsasən yağların mənşəyi, aqreqat halı və tərkibindəki turşu qalığı arasındakı əlaqəni
müəyyənləşdirin.
Müzakirə edin:
- Qoyun piyi və zeytun yağı hansı rəngli xətlə birləşdirilmiş yağlar qrupuna aiddir? Cavabınızı
əsaslandırın.
Yağları, əsasən, palmitin, stearin və olein turşuları əmələ gətirir. Stearin turşusunun triqliseridi ilk
dəfə olaraq qliserinlə stearin turşusunun qarşılıqlı təsirindən alınmışdır (1854-cü il, M.Bertlo):