III fəslə dair ümumi nəticələr
- Karbon turşuları, mürəkkəb efirlər, yağlar, sabun - tərkibində -COO- qrupu olan üzvi
birləşmələrdir.
- Karbon turşusunun əsaslılığı onun molekulunda olan karboksil qrupunun sayı ilə müəyyən edilir.
- Doymuş birəsaslı karbon turşuları mürəkkəb efirlərlə siniflərarası izomerlik əmələ gətirir.
- Sirkə turşusu sirkə aldehidinin və butanın katalitik oksidləşdirilməsindən alınır.
- Qarışqa turşusu sənayedə metanın katalitik oksidləşdirilməsindən alınır.
- Ali karbon turşuları sənayedə molekullarında 28-36 karbon atomu olan alkanların katalitik
oksidləşdirilməsi ilə alınır.
- Doymuş birəsaslı karbon turşularının eyni sayda C atomuna malik biratomlu spirtlərə nisbətən
daha
yüksək temperaturda qaynaması turşu molekulları arasında daha güclü hidrogen rabitəsinin
yaranması
ilə əlaqədardır.
- Doymuş birəsaslı karbon turşularının ilk üzvlərinin suda istənilən nisbətdə həll olması turşu və
su
molekulları arasında, əsasən, hidrogen rabitəsinin yaranması ilə əlaqədardır.
- Akril turşusu doymamış, benzoy turşusu isə aromatik turşudur.
- Karbon turşularının ilk üzvləri zəif elektrolitlərdir və suda məhlulda göy lakmus kağızının
rəngini
qızardır.
- Sirkə turşusunun duzları asetatlar, qarışqa turşusunun duzları isə formiatlar adlanır.
- Qarışqa turşusu homoloji sırada ən qüvvətli turşudur və sıranın digər üzvlərindən fərqli olaraq
"gümüş-güzgü" reaksiyasına daxil olur.
- Palmitin, stearin və olein turşuları ali yağ turşularıdır.
- Ali yağ turşuları qliserinlə mürəkkəb efirlər - qliseridlər əmələ gətirir.
- Palmitin və stearin turşularının natrium duzları bərk sabunun, kalium duzları isə maye sabunun
əsas
tərkib hissəsidir.
- Doymamış yağ turşuları eyni sayda karbon atomu olan doymuş yağ turşularından aşağı temperaturda
əriyir.
- Oksalat və tereftal turşuları ikiəsaslı karbon turşularıdır.
- Efirləşmə reaksiyası dönən reaksiyadır.
- Mürəkkəb efirlərin ən mühüm kimyəvi xassəsi onların hidrolizə uğramasıdır.
- Yağlar-qliserinlə birəsaslı (əsasən, ali) karbon turşularının mürəkkəb efirləridir.
- Heyvan mənşəli yağlar, adətən, bərk, bitki yağlarının əksəriyyəti maye haldadır.
- Sabunlaşma - qələvinin (və ya sodanın) iştirakında yağların hidroliz prosesidir.
- Bitki yağlarının hidrogenləşməsi reaksiyasından marqarinin alınmasında istifadə olunur.
- Sintetik yuyucu maddələr ali biratomlu spirtlərin sulfat turşusu ilə əmələ gətirdiyi turş
mürəkkəb
efirlərinin natrium duzlarıdır.