|
|
Doymuş biratomlu spirtlərin molekulunda alkil radikalı (R) ilə bir hidroksil qrupu birləşmişdir: R-OH. Ona görə də bu spirtlərin formulları müvafiq alkanın formulunda bir hidrogen atomunu hidroksil qrupu ilə əvəz etməklə tərtib olunur:
Doymuş biratomlu spirtlərin tərkibi CnH2n+1 və ya CnH2n+2 (n≥1) ümumi formulu ilə göstərilir.
Doymuş biratomlu spirt | Spirtin Mr-i |
Molekulda elementlərin (C,O) kütlə nisbəti |
ROH | 46 | m(C): m(O) = ? |
Mr(CnH2n+2O) = 12n+2n+2+16 = 14n + 18; 14n + 18 = 46; n = 2.
Deməli, spirtin formulu C2H6O və ya C2H5OH-dır.
Bu formula əsasən molekulda karbonla oksigen elementlərinin kütlə nisbətini hesablayaq:
m(C): m(O) = (2 ⋅ 12): 16 = 24 :16 = 3 : 2; m(C): m(O) = 3:2