Meyvələrin yetişməsi prosesində meyvədəki nişastanın miqdarı, bir
qayda olaraq, azalır; məsələn: yetişməmiş bananda 18%, yetişmişdə - 2%, yetişməmiş
almada 4-5%, yetişmişdə -1% nişasta var.
|
|
Fəaliyyyət • | Nişasta makromolekulunun tərkibi və quruluşu. Nişastanın quruluş halqası əsasında cədvəli doldurun. |
Müzakirə edin: |
|
Nişasta [(C6H10O5)n] və sellüloza bitki aləmində geniş yayılmış mühüm polisaxaridlərdir. Nişasta və sellüloza, həmçinin qlikogen adlanan polisaxaridin molekulları bir-biri ilə qlikozid rabitəsi vasitəsilə birləşmiş çoxsaylı qlükoza qalıqlarından təşkil olunmuşlar.
Nişasta kartofda (≈20%), buğdada (≈70%), düyüdə (≈80%) və bitki köklərində toplanır.
Alınması. Nişasta, əsasən, kartof, düyü və qarğıdalıdan ayrılır. Bu məqsədlə xırdalanmış nişasta ələkdə su ilə yuyulur. Ələkdən “kartof südü” şəklində keçmiş nişastanın suda suspenziyasından nişasta durultma yolu ilə çökdürülür, məhlul süzülür, ayrılan nişasta qurudulur.
Quruluşu. Nişasta α-qlükoza qalıqlarından ibarət (C6H10O5)n tərkibli təbii polimerdir. Onun makromolekulu fotosintez məhsulu olan α-qlükozanın polikondensləşməsi reaksiyası üzrə əmələ gəlir (a):