|
|
Fəaliyyyət • | Aminlərdə quruluş izomerliyi. Aminlərin ammonyakın törəmələri olduğunu nəzərə alaraq C3H9N tərkibli aminlərin mümkün quruluş formullarını tərtib edin. |
Adlandırılması. Doymuş birli aminləri Beynəlxalq nomenklatura ilə adlandırmaq üçün aminin ən uzun karbon zəncirinə uyğun gələn alkanın adının əvvəlinə “amin" sözü əlavə edilir:
CH3-NH2 aminmetan |
CH3-CH2-NH2 aminetan |
C3H7NH2 tərkibli amindən başlayaraq adlandırmada -NH2 qrupunun zəncirdəki yeri rəqəmlə göstərilir. Zəncirdə karbon atomlarının nömrələnməsi -NH2 qrupuna yaxın olan ucdan aparılır:
Səmərəli nomenklatura ilə birli aminlərin adları radikalın adına “amin” sözü əlavə edilməklə düzəlir; CH3-NH2: metilamin, CH3-CH2-NH2: etilamin və s.
İkili və üçlü aminləri adlandırmaq üçün səmərəli adlandırmadan istifadə edilməsi əlverişlidir. Bu halda radikallann adlan kiçikdən böyüyə ardıcıllığı ilə göstərilir:
Qeyd. | Birləşmədə azot 4 atomla və ya atomlar qrupu ilə birləşdikdə onun adlandırılması aşağıdakı kimi apanlır: [RNH3]+ - alkilammonium kationu, [(C2H5)2NH2]Cl - dietilammonium-xlorid və s. |