|
|
Fəaliyyyət • | Alkilaminlərin kimyəvi xassələri. a və b sxemlərini tamamlayın, hər bir tənlikdəki üzvi
birləşmələri adlandırın və bu reaksiyalara aid cədvəldəki suallara cavab verin.
|
Sual | a | b |
a və b sxemləri aminlərin hansı xassələrini əks etdirir? | ||
a və b reaksiyaları reaksiyaların hansı növünə aiddir? | ||
Reaksiya məhsulunda azotun oksidləşmə dərəcəsi və valentliyi neçədir? | ||
Reaksiya məhsulunda hansı atom donordur, hansı - akseptor? |
Doymuş aminlərin kimyəvi xassələri, əsasən, onlann əsasi xassələri ilə müəyyən edilir.
Kimyəvi xassələri. Doymuş aminlər əsasi xassəyə malik olduğundan onlar suda məhlulda OH- ionlarının yaranmasına səbəb olaraq lakmusu göy rəngə boyayır:
Başqa sözlə, aminlər - üzvi əsaslardır. Bu səbəbdən də doymuş aminlər su ilə alkilammonium-hidroksidini, turşularla isə suda həllolan alkilammonium duzlarını əmələ gətirir: