|
|
Fəaliyyyət • | Təbii kauçuk makromolekulunun quruluşu. Təbii kauçuk makromolekulunun sxemi əsasında
cədvəli doldurun.
|
Cavab | |
Makromolekulun quruluşu (şaxəli/şaxəsiz) | |
Monomerin aid olduğu karbohidrogenlər sinfi | |
Quruluş vahidinin həndəsi forması (sis/trans) | |
Polimerin molekul formulu və adı |
Kauçuklar - vulkanlaşdırıldıqda rezinə çevrilən elastik materiallardır.
Mənşəyinə görə kauçuklar təbii və sintetik kauçuklara ayrılır. Təbii kauçuk heveya ağacının şirəsindən, sintetik kauçuklar isə alkadien və onların törəmələrindən alınır.
Təbii kauçuk (C5H8)n tərkibə və yuxarıda verilən quruluşa malikdir. Onun makromolekulunda >CH2 qrupları C=C rabitəsinə görə yalnız sis-vəziyyətdə yerləşir. Ona görə də təbii kauçuk izoprenin stereomüntəzəm quruluşlu sis-polimeridir - sis-poliizopren.
Əgər kauçukun bir makromolekulunda >CH2 qrupları həm sis, həm də trans-vəziyyətdə yerləşirsə, belə makromolekullar qeyri-müntəzəm quruluşlu hesab edilir.
Sənaye miqyasında ilk dəfə (1932-ci il, S.Lebedev) istehsal olunan sintetik kauçuk - butadien kauçuku məhz qeyri-müntəzəm quruluşlu polimer idi:
Ona görə də o, elastikliyinə və sürtünməyə qarşı davamlılığına görə təbii kauçukdan geri qalır.
Hazırda Al(C2H5)3+TiCl4 katalizatorunun iştirakında, əsasən, sis-izomerdən ibarət stereomüntəzəm quruluşlu divinil kauçuku adlanan butadien kauçuku alınmışdır (1a).