|
|
Liflər - sap, iplik və toxuculuq məmulatları hazırlamaq üçün yararlı olan şaxəsiz quruluşlu polimerlərdir.
Fəaliyyyət • | Liflərin təsnifatı. Liflərin təsnifat sxemini tamamlayın. |
Liflər təbii və kimyəvi liflərə ayrılır. Təbii liflər bitki və heyvan mənşəli olur. Kimyəvi liflər süni və sintetik liflərə ayrılır. Süni asetat və viskoz lifləri sellülozanın çevrilmələri nəticəsində alınır. Sintetik liflər isə sintetik polimerlərdən, məsələn, kapron, neylon və lavsandan hazırlanır. Süni və sintetik liflərin istehsalmda kimyəvi reaksiyalardan istifadə olunduğu üçün onlar kimyəvi liflər adlandırılır.
Makromolekulda quruluş vahidləri arasında amid və ya mürəkkəb efir rabitəsinin olmasından asılı olaraq lifləri həmçinin poliamid və poliefir liflərinə ayırırlar. Poliamid liflərə kapron, enant və neylon (anid) lifləri, poliefir liflərinə isə lovsan aiddir.
Kapron lifi ɛ-aminkapron (6-aminheksan) turşusunun polikondensləşməsi məhsuludur: