6. a və b tərkibli polimerlərin monomerlərinin
quruluş formullarım tərtib edin.
7. 6-aminheksan turşusunun molekuldaxili dehidratlaşması üzrə kaprolaktamın alınması reaksiyasının
tənliyini tərtib edin.
8. Kapron lifində makromolekullar arasında hidrogen rabitəsinin mümkün olmasını araşdırın və cavabınızı
molekul quruluşu ilə əlaqələndirin.
••• Dərsdən
SONRA
|
"Sintetik liflərin sənayedə rolu" adlı referat hazırlayın.
|
6.4. ƏTRAF MÜHİTİN POLİMER MADDƏLƏRLƏ ÇİRKLƏNMƏDƏN
MÜHAFİZƏSİ
• Keçdiklərinizi xatırlayın •
- Nə üçün polimerlərin istehsalı artdıqca ətraf mühitin ekoloji problemləri də artır?
Neft, təbii qaz və daş kömürdə toplanmış enerjidən insanlar yüz illərdir ki istifadə edir.
|
- Bu enerji mənbələri, əsasən, hansı biopolimerlərin təbii şəraitdə kimyəvi çevrilməsi
nəticəsində əmələ gəlmişdir?
|
Fəaliyyyət • |
Polietilenin kimyəvi davamlılığı
|
Təchizat: polietilen nümunələri, sulfat turşusu və natrium-hidroksidin qatı məhlulları,
kalium-permanqanat məhlulu, bromlu su, 4 sınaq şüşəsi.
İşin gedişi:
4 sınaq şüşəsinin hər birində polietilen nümunəsini yerləşdirin və sınaq şüşələrinə bir-bir, yuxarıda
sadalanan məhlulları asta-asta əlavə edin və baş verən dəyişiklikləri müşahidə edin.
Müzakirə edin:
- Sınaq şüşələrində hansı dəyişiklikləri müşahidə etdiniz?
- Təcrübələrin nəticələrini polietilenin quruluşu ilə necə əlaqələndirərdiniz?
Hazırda sintetik polimerlərin külli miqdarda istehsalı, onlardan hazırlanmış məmulatların bir qisminin
zibil kimi atılması, habelə bu polimerlərin təbii şəraitdə (günəş şüası, havanın oksigeni, isti və
rütubətin təsiri) kimyəvi parçalanmaya uğramaması ətraf mühitin çirklənməsinə səbəb olur. Odur ki,
ətraf mühitin polimer maddələrlə çirklənmədən mühafizəsi zəmanəmizin aktual məsələlərindən biridir.
Ətraf mühitin polimer maddələrlə çirklənməsinin qarşısım almaq məqsədilə hazırda aşağıdakı üsullardan
istifadə edilir: