- Polimerlərə aid səhv fikirləri düzəldin.
a. Monomerlərdən polimerlər yalnız polimerləşmə reaksiyası üzrə alınır.
b. Polimerin molyar kütləsi polimerləşmə dərəcəsindən - n-dən asılı deyil.
c. n reaksiyaya daxil olan monomer molekullann sayım göstərir.
d. Polimerlə müvafiq monomerin vəsfi tərkibləri bir-birindən fərqlənmir.
e. Polimer makromolekulların karbon zəncirində >C=C< rabitəsi ola bilməz.
- Hər bir monomerə uyğun polimeri adlandırın.
- İfadələri tamamlayın.
a. Mənşəyinə görə piroksilin __ polimerdir.
b. Fenol-formaldehid qatranı (bakelit) __ quruluşa malik polimerdir.
c. Kapron __ quruluşa malik polimerdir.
d. __ polimerinin əsas zənciri karbon və oksigen atomlarından tomlarından ibarətdir.
- Polimer makromolekulları arasmda böyük cazibə qüvvələrinin olması polimerlərin hansı fiziki
xassələrə malik olmasına səbəb olur?
- Müntəzəm quruluşlu polimerlərə aid olanları müəyyən edin.
a. İzotaktik quruluşa malik polistirol.
b. Ataktik quruluşa malik polistirol.
c. Sindiotaktik quruluşa malik polistirol.
d. CH2 qrupları C=C rabitəsinə görə sis-vəziyyətdə yerləşmiş kauçuklar.
e. CH2 qrupları C=C rabitəsinə görə həm sis, həm də trans-vəziyyətdə yerləşmiş kauçuklar.
- Təkrar emal olunan polimerləri göstərin.
1. polietilen
3. fenol-formaldehid qatranı
5. epoksid qatranı
|
2. polipropilen
4. polistirol
|
- Polikondensləşmə reaksiyası üzrə alınan polimerləri müəyyən edin.
1. zülallar
3. lavsan
5. kapron
|
2. fenol-formaldehid qatranı
4. butadien-stirol kauçuku
|
- Fenol-formaldehid qatranının alınması reaksiyası ilə fenolun nitrolaşması və bromlaşması
reaksiyaları arasında oxşar cəhət nədən ibarətdir?
- Düzgün ifadələri müəyyən edin.
a. Proteinlər müxtəlif sinif üzvi maddələrin polikondensləşməsindən alınır.
b. Yüksək sıxlıqlı polietilen aşağı sıxlıqlı polietilenə nəzərən böyük nisbi molekül kütləsinə
və az sayda şaxələnməyə malikdir.
c. Yüksək sıxlıqlı polietilen katalitik reaksiya üzrə alınır.
d. Yüksək və aşağı sıxlıqlı polietilenlerin kimyəvi xassələri kəskin fərqlənir.
- Quruluş vahidinin quruluş formulunu yazmaqla teflon və polivinilxlorid polimerlərinin, həmçinin
sintetik butadien və təbü kauçukların formullarını tərtib edin.