A |
Aldehidlər - molekullarında karbohidrogen radikalı ilə birləşmiş aldehid (-CHO) qrupu
olan üzvi
maddələr. |
B | Bakelit-torvarı quruluşlu fenol-formaldehid qatranı. |
D | Denaturasiya - zülalın ikinci və üçüncü quruluşunun dağılması. |
E | Efirləşmə reaksiyaları - karbon turşuları ilə (həmçinin oksigenli qeyri-üzvi turşularla da) spirtlər arasında baş verən reaksiyalar. |
F | Fenol - -OH qrupu bilavasitə benzol nüvəsi ilə birləşmiş üzvi maddə
(C6H5-OH). Formiatlar - qarışqa turşusunun (HCOOH) duzları. Funksional qrup - üzvi birləşmələrin xarakterik kimyəvi xassələrini və onların müəyyən sinfə mənsub olduğunu əks etdirən atom və ya atomlar qrupu. |
H | Homoloqlar - eyni bir sinfə aid olan və molekul tərkibinə görə bir-birindən bir və ya bir neçə metilen (>CH2) qrupu ilə fərqlənən üzvi maddələr. |
İ | İzomerlər - molekullarının tərkibi eyni, kimyəvi quruluşu isə müxtəlif və buna görə də xassələri ilə bir-birindən fərqlənən maddələr. Bu hadisə isə izomerlik adlanır. |
K |
Karbohidratlar - tərkibi Cn(H2O)m formulu ilə ifadə olunan üzvi
maddələr (n və m>3). |
Q | Quruluş vahidi - makromolekulda çoxlu sayda təkrarlanan eyni quruluşlu atomlar qrupu. |