|
|
Etilenqlikolla etanola aid diaqram a) və reaksiya sxemlərindən b) istifadə edərək etilenqlikolun qaynama temperaturunun və turşu xassəsinin etanola nəzərən necə dəyişdiyini müəyyən edin. |
Müzakirə edin: - Qaynama temperaturu və turşu xassəsi haqqında əldə etdiyiniz nəticələri etilenqlikol və etanolun molekul quruluşları ilə necə əlaqələndirərdiniz? |
İki və üçatomlu spirtləri Beynəlxalq nomenklatura ilə adlandırmaq üçün spirtin - OH qruplarının hamısını saxlayan ən uzun karbon zəncirinə uyğun gələn alkanın adma müvafiq olaraq “diol” və ya “triol” şəkilçisi əlavə edilir və -OH qruplarının birləşdiyi karbon atomlarının nömrələri göstərilir. Seçilmiş zəncirin karbon atomları -OH qrupunun birinin yaxın olduğu ucdan nömrələnir; məsələn;
Etilenqlikol ikiatomlu doymuş spirtlərin (qlikolların) ən sadə nümayəndəsidir. İkiatomlu doymuş spirtlərin ümumi formulu CnH2n(OH)2 və ya CnH2n+2O2 şəklində yazılır (n ≥ 2).