|
|
Fəaliyyyət • | Qliserin və etilenqlikolda molekullararası cazibə qüvvələri. Etanol, etilenqlikol və qliserinin fiziki xassələrinin müqayisəsi əsasında cədvəldə sual işarələri olan xanaları doldurun. |
Molekulları arasındakı cazibə qüvvələri etanoldakına nəzərən necə dəyişir? (artır/azalır). | - | ? | ? |
Öz molekulları arasındakı cazibə qüvvələrinin etanola nəzərən dəyişməsinə səbəb olan amillər hansılardır? | - | ? | ? |
Müzakirə edin: - | Etilenqlikolla qliserində molekullararası cazibə qüvvələrinin etanoldakına nəzərən dəyişməsinin səbəbini nə ilə izah edərdiniz? |
Qliserin [C3H5(OH)3] üçatomlu doymuş spirtlərin ən sadə nümayəndəsidir.
Üçatomlu doymuş spirtlərin ümumi formulu CnH2n-1(OH)3 və ya CnH2n+2O3(n≥3) şəklindədir.
Alınması. Qliserin yağların qələvi mühitdə hidrolizindən
Fiziki xassələri. Qliserin rəngsiz, şərbətəbənzər, şirin dada malik, özlü və hiqroskopik mayedir. Su ilə istənilən nisbətdə qarışır, 17,9°C-də donur, 290°C-də qaynayır. O, etilenqlikoldan fərqli olaraq zəhərli deyil.