|
|
Fəaliyyyət-1• | Fenol molekulunda atom qruplarının bir-biri ilə qarşılıqlı təsiri. Fenol, benzol və etanola aid dörd reaksiyanın sxemlərini nəzərdən keçirin və cədvəldə qoyulan suallara cavab verin. |
Sual | Cavab |
Hansı reaksiyalar hidroksil qrupunun benzol həlqəsinə təsirini əks etdirir? | ? |
Hansı reaksiyalar fenil qrupunun hidroksil qrupuna təsirini əks etdirir? | ? |
Müzakirə edin: | - Hər iki sualın cavabını fenol molekülünün elektron quruluşu ilə necə əlaqələndirərdiniz? |
Fenolun kimyəvi xassələri onun tərkibində benzol həlqəsinin və -OH qrupunun olması ilə əlaqədardır.
Kimyəvi xassələri. Hidroksil qrupunun daxil olduğu reaksiyalar. Fenol natrium və kalium metalları ilə qarşılıqlı təsirdə olur. Bu zaman fenolun metallarla törəmələri -fenolyatlar əmələ gəlir:
Fenol zəif turşu xassəsinə malikdir. Ona görə də o, doymuş biratomlu spirtlərdən fərqli olaraq qələvi məhlulu ilə qarşılıqlı təsirdə olur: