İlkin yoxlama
VII - X siniflərdə öyrəndiyiniz məlumatları yadınıza salın və tapşırıqları yerinə yetirin
Aldehidlər hansı üzvi birləşmələrə aiddir?
a. tərkibində hidroksil qrupu olan üzvi birləşmələrə b. tərkibində azot elementi olan üzvi birləşmələrə c. tərkibində oksigen elementi olan üzvi birləşmələrə
Aldehid və ketonların funksional qruplarını göstərin, bu iki qrupu adlandırın və onların sxemlərini
tərtib edin.
a.-COOH
b.-OH
C.-CHO
d.>C=0
Formaldehidlə asetaldehidin formullarını müvafiq olaraq göstərin.
a. CH3CH2CHO b. CH3CHO C. C3H7CHO d. HCHO
Aldehid molekulları öz aralarında hidrogen rabitəsi əmələ gətirə bilərmi? Nə üçün?
Eyni sayda karbon atomları olan aldehid və spirtlərdən hansıları suda daha yaxşı həll olur?
Cavabınızı izah edin.
Asetaldehidi "gümüş-güzgü" reaksiyası üzrə oksidləşdirdikdə hansı üzvi birləşmə alınır?
Hansı aldehiddən plastik kütlə istehsalında geniş istifadə olunur?