|
|
Fəaliyyyət • | Aldehidlərin adlandırılması. Sxemdə verilənlərə əsasən aldehidlərin adlandırılması qaydasını müəyyən edin və sual işarələrinin yerinə maddələrin adlarını yazın. Aldehidlərdə quruluş izomerliyinin səbəbini izah edin. |
Müzakirə edin: | - Müəyyənləşdirdiyiniz adlandırma qaydası ilə alkanolların adlandırma qaydasını müqayisə edin, bu iki qaydanın oxşar və fərqli cəhətlərini göstərin. |
Doymuş aldehidlərin formulları müvafiq alkanın formulunda bir hidrogen atomunu aldehid qrupu ilə əvəz etməklə tərtib olunur:
Doymuş aldehidlərin ümumi formulu CnE2n+1CHO (n≥0) və ya CnH2nO (n≥1) şəklindədir (1-ci formulda “n” karbohidrogen radikalında, 2-ci formulda isə bütün molekulda olan karbon atomlarının sayını göstərir).
Adlandırılması. Şaxəsiz quruluşlu doymuş aldehidləri Beynəlxalq nomenklatura ilə adlandırmaq üçün aldehid qrupunun karbon atomu da daxil olmaqla molekulda karbon atomlarının sayına uyğun gələn alkanın adına -al sonluğu əlavə edilir:
Şaxəli quruluşlu aldehidləri adlandırmaq üçün aldehid qrupunun karbon atomu da daxil olan əsas zəncir seçilir. Aldehid qrupunun karbon atomundan başlamaqla əsas zəncirin karbon atomları nömrələnir.