7. Etanal, propenal və benzoy aldehidinin quruluş formullarını tərtib edin. Maddələri onların tərkibində
karbon elementinin kütlə payının artması sırası üzrə düzün.
8. Molekul kütləsinin 50%-ni funksional qrupu təşkil edən aldehidin quruluş formulunu tərtib edin.
••• Dərsdən
SONRA
|
Tərkibində altı karbon atomu olan doymuş aldehid və alkanolların quruluş izomerlərini
qarşılaşdırın. İzomerliyin yaranma səbəblərinin oxşar və fərqli cəhətlərini müəyyənləşdirin,
nəticəni cədvəl və ya sxemlər vasitəsilə təqdim edin.
|
2.1.2. Alınması, quruluşu və fiziki xassələri
• Keçdiklərinizi xatırlayın •
- Asetilenden Kuçerov reaksiyası üzrə hansı üzvi birləşmə alınır?
- Alkanol molekullarında hidroksil qrupunun olması onların quruluş və fiziki xassələrinə necə
təsir edir?
|
- Formalin nədir?
- Üzvi birləşmənin molekul quruluşunun hansı xüsusiyyətləri formalinin hazırlanmasına
imkan verir?
|
Fəaliyyyət • |
Aldehidlərin molekul quruluşu və fiziki xassələri. Təxminən eyni molekul kütləsinə malik
etan, metanal və metanolun fiziki xassələrinin müqayisəsi əsasında cədvəldə sual işarələri
olan xanaları doldurun.
|
Molekulu polyardır (+/-) |
? |
? |
? |
Tərkibində güclü polyar rabitə var (+/-) |
? |
? |
? |
Su ilə hidrogen rabitəsi əmələ gətirir (+/-) |
? |
? |
? |
Müzakirə edin:
- Nə üçün metanal metanol kimi suda yaxşı həll olduğu halda, metanoldan fərqli olaraq otaq
temperaturunda qaz halındadır?
- Nə üçün metanal etana nəzərən daha yüksək temperaturda qaynayır?