|
|
Fəaliyyət • Asetaldehidin gümüş(l) oksidlə qarşılıqlı təsiri
Təchizat: sınaq şüşəsi, spirt lampası, kimyəvi stəkan, gümüş(l) oksidin ammonyaklı suda
məhlulu,
tutqac, asetaldehid, su.
İşin gedişi:
1. Sınaq şüşəsində 2-3 ml gümüş(l) oksidin ammonyaklı suda məhlulunun üzərinə 1-2 ml asetaldehid
əlavə
edin.
2. Sınaq şüşəsini ilıq suya salın və 1-2 dəq. gözləyin.
3. Sınaq şüşəsini sudan çıxarıb boşaldın və onu ağzı aşağı çevirin.
4. Reaksiyanın xarici əlamətlərini və nəticəni qeyd edin.
Nəticəni müzakirə edin:
- Ag+ ionları hansı maddəyə reduksiya olunur?
- Asetaldehid hansı maddəyə oksidləşir?
- Bu reaksiya necə adlanır və nə məqsədlə istifadə edilir?
Kimyəvi xassələri. Molekullannda polyar C=0 rabitəsi olduğu üçün aldehidlər yüksək reaksiyaya girmə qabiliyyətinə malikdir. Aldehidlər üçün oksidləşmə və birləşmə reaksiyları daha xarakterikdir.
I. Oksidləşmə reaksiyaları. Aldehidləri gümüş(I) oksidin ammonyaklı suda (NH3•H20) məhlulu (*) ilə qızdırdıqda aldehidlər müvafiq karbon turşusuna oksidləşir, Ag+ ionu isə metala reduksiya olunur. Ayrılan gümüş nazik parlaq təbəqə şəklində sınaq şüşəsinin divarlarına çökür (a), məsələn:
* |
|