II fəslə dair ümumi nəticələr
- Aldehidlər və ketonlar karboniltərkibli üzvi birləşmələrdir.
- Birləşmənin adındakı "al" sonluğu onun aldehidlərə, "on" sonluğu isə ketonlara
aid olduğunu
göstərir.
- Doymuş aldehidlərdə sinifdaxili quruluş izomerliyi yalnız karbon zəncirinin quruluşuna görə
yaranır.
- Doymuş aldehidlər ketonlarla siniflərarası izomerlik əmələ gətirir.
- Aldehidlər birli spirtlərin oksidləşməsi ilə alınır.
- Sənayedə formaldehid metanın katalitik oksidləşdirilməsi ilə alınır.
- Sənayedə asetaldehid etilenin katalitik oksidləşməsi və asetilenin katalitik hidratlaşması
ilə
alınır.
- Aldehidlərdən yalnız formaldehid molekulu müstəvi quruluşa malikdir.
- Aldehidlər və ketonlar polyar maddələrdir və ona görə də onların ilk nümayəndələri suda yaxşı
həll
olur.
- Formaldehid - kəskin iyli, rəngsiz, zəhərli qazdır.
- Asetaldehid - kəskin iyli, asan uçucu, rəngsiz, zəhərli mayedir.
- Formaldehidin suda 40%-li məhlulu formalin adlanır.
- Akrolein doymamış aldehid, benzoy aldehidi isə aromatik aldehiddir.
- Aldehid molekulları öz aralarında hidrogen rabitəsi əmələ gətirmir.
- Aldehidlər oksidləşmə və birləşmə reaksiyalarına daxil olur.
- Aldehidlərin gümüş(I) oksidin ammonyaklı suda məhlulu ilə qarşılıqlı təsiri "gümüş-güzgü"
reaksiyası adlanır.
- "Gümüş-güzgü" reaksiyası və aldehidlərin təzə çökdürülmüş mis(ll) hidroksidlə qarşılıqlı təsiri
aldehidlərin təyinində istifadə olunur.
- Maye halda olan aldehidlər uzun müddət saxlanıldıqda havanın oksigeni ilə oksidləşir.
- Doymuş aldehidin hidrogenlə reduksiyası nəticəsində birli spirt alınır.
- Aldehidlər H-X tipli polyar molekullu maddələri (suyu, ammonyakı və s.-ni) özlərinə
birləşdirir.
- Paraform formaldehidin polimerləşməsi nəticəsində əmələ gəlir.
- Formaldehidin fenolla polikondensləşməsi nəticəsində fenol-formaldehid qatranı alınır.
- Formalin dərinin aşılanmasında, anatomik preparatların konservləşdirilməsində, binaların və
cərrahiyyə alətlərinin dezinfeksiyasında istifadə olunur.
- Ketonlar "gümüş-güzgü" reaksiyasına və təzə çökdürülmüş mis(ll) hidroksidlə reaksiyaya daxil
olmur.