İlkin yoxlama
VII-X siniflərdə öyrəndiyiniz məlumatları yadınıza salın
və tapşırıqları yerinə yetirin
- Karbon turşularının funksional qrupu necə adlanır? Bu ad aşağıda verilən hansı iki söz əsasında
yaranmışdır?
a. aldehid
b. hidroksil
c. karbonil
d. keton
- Metan və etan turşularının molekul formullarını göstərin və onların quruluş formullarını tərtib
edin.
a. CH3COOH
b. CH3CH2COOH
C. C3H7COOH
d. HCOOH
- Doymuş aldehidlərin homoloji sırasının ilk üzvünün qaz, karbon turşularının
homoloji sırasının ilk üzvlərinin isə maye halda olması nə ilə izah olunur?
- Karbon turşularının turşu xassələri onların molekulundakı hansı hidrogen atomu ilə əlaqədardır?
-
Metil radikalının elektrodonor xassəli olduğunu nəzərə alaraq qarışqa turşusunun,
yoxsa sirkə turşusunun daha qüvvətli turşu olduğunu müəyyən edin və cavabınızı izah edin.
- Karbon turşuları aldehidlərdən hansı reaksiya üzrə əmələ gəlir?
a. reduksiya
b. hidrogenləşmə
c. oksidləşmə
d. hidratlaşma
- Sirkə turşusundan məişətdə hansı məqsədlər üçün istifadə olunur?
- Hansı karbon turşuları ali karbon turşuları adlanır? Onlara təbiətdə hansı şəkildə
rast gəlinir?