Karbon turşuları təbiətdə geniş yayılmışdır. İnək yağının tərkibinə yağ turşusunun qalığı,
limonun tərkibinə limon turşusu, keçi yağının tərkibinə kapron (kapro - keçi deməkdir)
turşusunun
qalığı daxildir.
|
|
Fəaliyyyət • | Birəsaslı doymuş karbon turşularının adlandırılması və izomerliyi. Karbon turşularında əsas zəncirin karbon atomlarının nömrələnməsinin aldehidlərdəki kimi olduğunu bilərək c-də verilən turşunun izomerinin formulunu tərtib edin və bu iki turşunu adlandırın. |
Müzakirə edin: |
|
Doymuş birəsaslı karbon turşularının ümumi formulu CnH2n+1COOH (n > 0), CnH2nO2 (n > 1) və ya RCOOH şəklindədir. (“n” 1-ci formulda R radikalında, 2-ci formulda isə bütün molekulda olan karbon atomlarının sayını göstərir).
Alkenlə doymuş karbon turşusunun molyar kütlələrini n ilə ifadə edək:
alkenin molyar kütləsi (q/mol): m = M(CnH2n) = 14n; |
turşunun molyar kütləsi (q/mol): X = M(CnH2nO2) = 14n + 32. |
Turşunun molyar kütləsi ifadəsində 14n-i m ilə əvəz etsək,