|
|
Fəaliyyyət • | Karbon turşularının kimyəvi xassələri. Sirkə turşusu misalında karbon turşularının kimyəvi xassələrini əks etdirən reaksiya sxemlərini (a-d) tamamlayın və reaksiyalarda alınan duzları adlandırın. |
Müzakirə edin:
|
|
Karbon turşularının əksər kimyəvi xassələri onların tərkibində karboksil qrupunun olması ilə əlaqədardır.
Kimyəvi xassələri. Turşu xassələri. Karbon turşuları zəif elektrolitlərdir. Suda məhlulda onlar qismən dissosiasiya edir və lakmusun rəngini qızardır:
Doymuş birəsaslı karbon turşularının homoloji sırasında ən qüvvətli turşu qarışqa turşusudur. Sıranın sonrakı üzvlərində molyar kütlə artdıqca turşuluq azalır.
Karbon turşularının halogenli törəmələrində turşuluq xassəsi halogenin elektromənfiliyinin və halogen atomunun sayının artması istiqamətində güclənir:
İzahı: |
metan
turşusundan (H-COOH) fərqli olaraq sıranın digər üzvlərində karboksil qrupu alkil radikalı
(R)
ilə birləşmişdir: R-COOH. Alkil radikalı elektrodonor xassəli olduğu üçün o,
R->COOH rabitəsinin elektron buludunu karbon atomu istiqamətində itələyərək O-H rabitəsində elektron sıxlığının metan turşusuna nəzərən artmasına səbəb olur (sxem a). |