67,2 m3 (n.ş.) butanın katalitik oksidləşdirilməsindən neçə
kiloqram sirkə turşusu alınar?
Turşunun çınım 60%-dir.
5. Etan turşusuna aid fikirlərə münasibət bildirin və cavabınızı əsaslandırın.
|
Bəli (+) |
Xeyr(-) |
Dehidratlaşma reaksiyası fosfor(III) oksidin iştirakı ilə aparılır |
|
|
Molekuldaxili dehidratlaşması nəticəsində sirkə anhidridi əmələ gəlir. |
|
|
O-H rabitəsində elektron sıxlığı HCOOH-dakma nəzərən artır. |
|
|
Suda məhlulda formiat anionu əmələ gətirir. |
|
|
Sirkə essensiyası onun suda qatı məhluludur. |
|
|
6. X və Y maddələrini, həmçinin oksidləşmə-reduksiya reaksiyasmı müəyyən edin. X və Y-dən hansı birəsash
karbon turşuları sırasının ilk nümayəndəsinin alınmasında istifadə olunur?
7. 0,05 mol doymuş birəsaslı karbon turşusunun natrium duzunun kütləsi 4,8 q-dır. Turşunun formulunu
müəyyən edin. A
r(Na) = 23.
8. Çevrümələrin tənliklərini tərtib edin.
metan —> asetilen —> asetaldehid —> etanol —> sirkə turşusu —> metilasetat
••• Dərsdən
SONRA
|
Karbon turşuları üçün anlayışlar xəritəsi qurun.
|
3.1.5 Doymuş və doymamış ali karbon turşuları
• Keçdiklərinizi xatırlayın •
- Nə üçün şaxəsiz quruluşda olan butan turşusu şaxəli quruluşa malik 2-metilpropan turşusundan
daha yüksək temperaturda qaynayır?
- Doymuş və doymamış karbon turşularının kimyəvi xassələrindəki fərq nədən ibarət ola bilər?
Gündəlik qida rasionumuzu təşkil edən maddələrdən biri də yağlardır. Bildiyiniz kimi, onlardan
günəbaxan, zeytun və s. yağlar maye halda, kərə yağı, keçi piyi və s. yağlar isə bərk haldadır.
|
- Yağların müxtəlif aqreqat halında olmasını nə ilə əlaqələndirərdiniz?
|