İstehsalat müəssisələrində məmulat necə hazırlanır?
Emal texnologiyaları haqqında nə bilirsiniz? Hansı emal texnologiyalarını tanıyırsınız? |
İstehsalat müəssisələri müxtəlif məmulatlar istehsal edir. Məmulatı hazırlamaq üçün əvvəlcə material emal olunur. Bu məqsədlə müxtəlif emal texnologiyalarından istifadə edilir.
|
Emal texnologiyaları — məmulatın hazırlanması prosesində materialın, xammalın və ya yarımfabrikatın vəziyyətinin, xassələrinin və formalarının dəyişdirilməsi üçün istifadə olunan texnoloji əməliyyatlardır. Kəsmə, deşmə, yapma, v birləşdirmə, qatlama, tikmə, hörmə və s. emal texnologiyalarıdır. Nişanlama isə köməkçi əməliyyatdır. |
Hansı emal vasitələrini tanıyırsınız?
Onların təyinatı haqqında nə deyə bilərsiniz? |
Materialın formasını və ölçüsünü dəyişən alətlərə emal vasitələri deyilir. Emal vasitələrinə və onların təyinatına nəzər yetirək.
Qayçı — kəsici alətdir.
Məişət qayçısı ilə kağızı, parçanı, eləcə də saçı və dırnaqları kəsirlər. Dəmir lövhəni və kabeli kəsmək üçün isə istehsalat qayçıları mövcuddur. Hidravlik qayçılardan xilasedicilər yol nəqliyyat hadisələri nəticəsində zərər çəkmiş insanları avtomobildən çıxarmaq məqsədi ilə geniş istifadə edirlər. Bağçılıqda bağban qayçısından istifadə olunur.
Vintaçan — başlığında şlisi* olan yivli məmulatları bərkitmək və açmaq üçün nəzərdə tutulmuş çilingər əl alətidir.