|
Təyinatına görə texnoloji vasitələri hansı qruplara ayırmaq olar? |
Alətlər aşağıdakı qruplara bölünür:
Alətləri və maşınları sadalayaq:
Çilingər alətləri — burğu, çəkic, kəlbətin, yeyə, vintaçan, dəmir qələm, deşikaçan və s.
Xarrat alətləri — əl burğusu , lobzik*, mişar, rəndə, bıçqı, iskənə, balta və s.
Tikinti alətləri — elektrik burğusu, ağır çəkic, perforator (suxur qazan, dəlikaçan alət), dairəvi elektrik mişarı, iskənə, rəngsaz malası, taxta çəkic, su tərəzisi və s.
Kənd təsərrüfatı alətləri — susəpən, kürək, yaba, bel, dırmıq, dəryaz, kətmən, kotan, toxa, bağban qayçısı və s.
İş prosesinin təyinatına və xarakterinə görə maşınlar aşağıdakı qruplara bölünür:
Energetik maşınlar (maşın-mühərriklər) — bu və ya digər növdən olan enerjini mexaniki işə çevirir (məsələn, elektrik mühərrikləri, daxiliyanma mühərrikləri, soyuducular və s.).
Dəyişdiricilər (generatorlar) — mühərrikdən alınan mexaniki enerjini başqa növ enerjiyə çevirir (məsələn, cərəyan generatorları, turbinlər və s.).
Nəqliyyat — bu haqda III sinifdən geniş məlumata maliksiniz.
Texnoloji maşınlar (maşın-alətlər, iş maşınları) — mühərrikdən alınan mexaniki iş vasitəsilə emal olunan materialların forma və halını dəyişdirir (məsələn, metal emalı dəzgahları, kənd təsərrüfatı maşınları, toxuculuq və mətbəə dəzgahları və s.).
Nəqledici maşınlar — əşya və materialların vəziyyətini və istiqamətini dəyişdirir (məsələn, konveyerlər, qaldırıcı kranlar, nasoslar və s.).
İnformasiya maşınları — informasiya mübadiləsi üçün nəzərdə tutulub (məsələn, kompüterlər, mexaniki inteqratorlar** və s.)
Bir çox maşınların əsas hissəsini mühərriklər təşkil edir.
Təyyarəni hərəkətə gətirən reaktiv mühərrikdir.
* Lobzik — əyrixətli konturu olan fiqurları hazırlamaq məqsədilə oduncağı mişarlamaq üçün alət
** İnteqrator — hesablayıcı aparatlar
***Reaktiv — qaz, buxar və s-nin yaratdığı qüvvə hesabına yaranan hərəkət