|
Qonaq süfrəsi necə tərtib edilməlidir? Masanı bəzəyərkən, əsasən, nəyə fikir vermək lazımdır? |
Xalqımızın yüksək qonaqpərvərlik keyfiyyətləri hamıya məlumdur. Qonaq qəbul etmək hər bir ailənin sevincinə səbəb olur.
Hər xalq öz adət-ənənəsinə uyğun tərzdə qonaq qəbul edir. Azərbaycan xalqının da əsrlərlə formalaşmış qonaqqarşılama və süfrə mədəniyyəti var. Xalqımız həmişə qonağa qarşı çox diqqətli, qayğıkeş olub və bu gün də bu gözəl keyfiyyətlərini qoruyub saxlayır. Qonağını böyük ehtiramla qarşılayır və Azərbaycan mətbəxinin ən ləziz taamlarını masaya düzür. Azərbaycanda qonaq üçün nəzərdə tutulan əsas yeməklər qoyun ətindən tikə, döymə kabab və plov hesab edilir. Bütün bunlar və digər xörəklər süfrəyə təbii meyvə şirəsi, şərbət, kompot və mineral sularla verilir. Adətən, xörəklər süfrəyə növbə ilə düzülür.
Bütün evlərdə zaman-zaman müxtəlif qonaqlıqlar, ziyafətlər təşkil edilir. Bu ziyafətlərdə masanın bəzədilməsi, qonaqların qəbulu və yerləşdirilməsi təntənəli olmalıdır.
|
Şəkilləri diqqətlə nəzərdən keçirin və masanın bəzədilməsinə fikir verin. |
Masaya əvvəlcə nisbətən böyük və dayaz nimçə, onun üstünə qəlyanaltı üçün kiçik nimçə, sulu xörək olduqda dərin nimçə qoyulur.