Kağız vərəqlərin ölçülərini bilirsiniz?
Onlar hansı prinsip üzrə yaradılmışdır?
İstifadə etdiyin rəngli kağızlar, karton, albom kağızı, akvarel kağızı hansı ölçüdədir?
Texnologiya və təsviri incəsənət dərslərində çəkdiyiniz rəsmləri və hazırladığınız aplikasiyaları gözəl çərçivəyə yerləşdirsəniz mənzilinizin divarından asa bilərsiniz.
Qalın kağızdan çərçivə
Bu çərçivə A4 ölçüsündə və ya daha kiçik ölçüdə olan rəsmlər üçün nəzərdə tutulub.
|
Çərçivə üçün vərəqi arxa tərəfi yuxarı olmaqla çevirin, hazırladığınız şəkli vərəqin mərkəzinə yerləşdirib kənarlarını vxətləyin. Dəqiqlik üçün şəklin yerini əvvəlcədən müəyyənləşdirin.
|
Bunun üçün hansı ölçmə əməliyyatını yerinə yetirmək lazımdır? |