Siz ornament sözünü eşitmisiniz?
Ornament haqqında nə bilirsiniz? |
Ornament — ritmik elementlərdən ibarət bəzək və naxış deməkdir. Ornament qədim zamanlardan yaranmışdır. Qədim güldan və bardaqlarda təkrarlanan belə sadə naxışlara rast gəlinir. Lakin o zaman bunlar adi rəsmlər deyil, dövrün insanları tərəfindən anlaşılan rəmzlər və işarələr idi. Naxışın içərisindəki dairə günəşə işarədir. Əyri xətt sudur. İllər keçdikcə ornament öz sehrli mənasını itirmiş və sadəcə, bəzəyə çevrilmişdir.
|
Məmulatlarda ornamenti tapın. |
Ornamentlərin qurulma üsulları
Ritmik təkrarlanma. Hər hansı bir naxış bir neçə dəfə təkrarlanaraq ritmik hal yaradır. Təsvir edilmiş naxışların sərbəst halda və ya bağlayıcılarla birləşməsindən zolaqlar, yəni haşiyələr yaranır. Naxışların şaquli və üfüqi sıralarda təkrarlanması isə şəbəkə kompozisiyası adlanır.
Fiqurun şaquli və üfüqi istiqamətdə təkrarlanması çoxsıralı ornament yaradır. Bu zaman yaranan boşluqları başqa fiqurlarla doldurmaq olar.
|
Bu ornamentlərin yaradılması üçün rəngli kağızdan eyni elementləri necə kəsmək olar? |