|
Çoxqatlı cızma dedikdə nə başa düşürsünüz? Onu necə yerinə yetirmək olar? |
Çoxqatlı cızma fərqli rəngdə olan alt qatın görünməsi ilə nəticələnən əl işidir. Çoxqatlı cızma ağac üzərində yonma işinə bənzəyir. Bu zaman müxtəlif qalınlıqda şırımların açılması üçün kəsici alətlərdən istifadə edilir.
İstəsəniz, yoğurt stəkanından çox universal kəsici alət hazırlaya bilərsiniz.
|
Kəsici alətin iti və küt ucları ilə müxtəlif şırımlar açmağı məşq edin. |
Belə şırımları heykəltəraş bıçağı və iti çubuğun köməyi ilə də açmaq mümkündürmü? Aralarındakı fərq nədədir? |
Rəngli kartona fərqli rənglərdə üç qat plastilin çəkin (1). Axırıncı qatın üzərinə folqa qoyun və hamarlayın (2). Eskizi çəkin və plastilin üzərində kəsmə işlərinə başlayın. |
Üstündə güllər olan oval pannonun* hazırlanması (3) nə ilə fərqlənir? |
|
|
Plastilin üzərində çoxqatlı cızmanı yerinə yetirin. |
*Panno - naxış və şəkillə bəzədilmiş səth