Plastilindən müxtəlif üsullarla lent hazırlamaq olar: əvvəlcə bağ diyirləmək, sonra bağın üstünə kağız sərib yaymaq, alınmış plastilin lövhəni kağızsız bir qədər də hamarlamaq və zolaqlara ayırmaq lazımdır.
Müxtəlif üsullardan istifadə edin. Hansı daha çox xoşunuza gəlir? Kağız üzərindən hamarlayarkən tez-tez plastilin lövhəni çevirin ki, o, kağıza yapışmasın.
Lentlər müxtəlif quruluşda və rəngdə ola bilər. Uzunluğu 10—15 sm olan lentləri kəsməyi öyrənin. |
Siz artıq kağız və parça lentlərlə işləmisiniz. Onlarla əlaqədar hansı iş üsullarını bildiyinizi yadınıza salın. Bu üsullardan hansından plastilin lentlə iş zamanı istifadə etmək olar? |
«Əsrarəngiz meşə». Bu işin necə yerinə yetirildiyini müzakirə edin,
fikrinizi şərh edin.
|
|
|
Rəngli plastilinlərdən «Əsrarəngiz meşə» kompozisiyasını hazırlayın. |