|
Qabların dizaynı haqqında eşitmisinizmi? |
Dizayn əşyaların bədii layihələşdirilməsi işidir. XX əsrin əvvəllərində tərtibata və bir-biri ilə uyğunlaşmağa ehtiyacı olan yeni məişət əşyalarının, alətlərin, mexanizmlərin yaranması ilə dizayn meydana gəlmişdir. Məişət təyinatlı əşyaları layihələşdirən dizayner çalışır ki, onların düzülüşü və quruluşunda qanunauyğunluğa riayət etsin.
|
Evinizdəki çay, qəhvə və mətbəx dəstlərinin dizaynındaki üslub bütövlüyünü yadınıza salın. Bu, nədə özünü büruzə verir? |
Hazırlayacağınız qab-qacaq dəstinin dizaynını müəyyənləşdirin. |
Əvvəlcə onun hissələrini çəkin, sonra bildiyiniz üsullardan istifadə edərək, onu plastilindən yapın.
Belə dəst üçün ikirəngli plastilin lövhə lazımdır. Üst qat ağ rəngdədir. Relyefşəkillidir. Səthin üstünə qara-qəhvəyi kürəciklər qoyub, barmaqlarınızla hamarlayın.
|
|
Plastilindən qab-qacaq hazırlayın. |