|
Dəm çayniki üçün istiliyi qoruyan gəlincik görmüsünüzmü? İstiliyi qoruyan gəlinciyi necə düzəltmək olar? |
İstiliyi qoruyan gəlincik dəm çaynikini isti saxlamaq üçün istifadə edilir. Onun yaraşıqlı olması isə mətbəxə gözəllik verir. Bu növ gəlinciklər istiliyi qoruyan başlıqdan və bir neçə bəzək hissələrindən ibarət olur. Başlığa gəlinciyin qolları və başı ilə birlikdə bədən hissəsi birləşdirilir. Başlıq isə gəlinciyin ətəyinin altında gizlədilir.
Başlığı düzəldək. Başlığın ülgüsünü kəsmək üçün dəm çaynikinin ölçülərini çıxarın. Çertyojda dəm çaynikinin hündürlüyü — a, eni isə ən enli hissədən ölçülməklə — b ilə işarə olunmuşdur. |
Başlıq istiliyi qoruyan qatdan və astardan ibarətdir. İstiliyi qoruyan qat vatindən, pambıq və pamazı parçadan ola bilər. Astar üçün istənilən pambıq parçadan istifadə edə bilərsiniz. Astarın hissələrini 1,5 sm məsafə buraxmaqla kəsin.
İstiliyi qoruyan qatı astarın iki tayının arasına yerləşdirin. Kənarlarını «əl tikişi» ilə tikin və qatlayın.
İstiliyi qoruyan qatın astara salınmış iki hissəsini birləşdirin. Yuxarıda gəlinciyin bədənini yerləşdirmək üçün tikilməmiş yer buraxın.
Əlcək-gəlincik. Gəlincikoynadanlar bu gəlincikləri əlcək kimi əllərinə geyinir. Belə gəlinciklərin əsasını əl və baş birləşdirilmiş üz hissəsi təşkil edir. Üzlük üçün 30x30 sm ölçüdə iki hissə nazik pambıq parça götürün. Hissələri üst-üstə qoyun və ortadan qatlayın.