|
Yəqin ki, qonaq gedəndə və ad günlərində yaxınlarınıza nə isə hədiyyə etməyi düşünmüşünüz. Amma nə almalı? Hansı qablaşdır- mada? Bütün bunları necə edə biləcəyinizi düşünmüsünüzmü? Belə bir fikir ağlınıza gəlibmi? |
Hədiyyə qablaşdırmalarını gözəl və cəlbedici şəkildə bağlamağı bacarırsınızımı?
Bu üsulla ipin və yaxud qaytanın köməyi ilə əşya qutusunu bağlaya bilərsiniz. Əgər gözəl lent götürsəniz, hədiyyə qutusunu da bağlamaq olar. Standart ölçülü ayaqqabı qutusunu bağlamaq üçün sizə 3 metrdən az olmamaq şərtilə qaytan və yaxud lent lazımdır.
Lentin uclarını qutunun üstündə bağlamaq üçün bağlanma nöqtəsini işin əvvəlində təyin edin.
Dekorativ bant. Qutunu və yaxud bağlamanı çarpaz bağlayın. Mərkəzdə elə düyünləyin ki, iki ucu olsun: uzun ucu təxminən 1 m, qısa ucu isə 20 sm olsun.
Baş və şəhadət barmağınızı düyündən eyni məsafədə saxlayın. Lentin uzun ucunu bu barmaqlara səkkiz şəklində dolayın. Sonra ehtiyatla barmağınızı çəkin, qısa ucla lent topasını ortadan sarıyın. Bu zaman balaca ilgək qoymağı unutmayın. Qısa ucu düyünün altından gətirib düzəltdiyiniz ilgəkdən keçirin. Möhkəm çəkib bağlayın və bantı səliqəyə salın.
|
|
Dekorativ bantlarla hədiyyə qutusu bəzəyin. |