|
Siz 1-3-cü siniflərdə texnologiya dərslərində hansı materiallardan yapma işini öyrənmişdiniz? |
Bu materiallar hansı xassəyə malikdir?
Yapma ilə məşğul olmaq xoşunuza gəlirmi?
Siz məmulatların necə və hansı materialdan hazırlandığını bilirsinizmi?
Bu məmulatlar «döyülmüş» kağızdan — papye-maşedən* yapılmışdır.
Papye-maşedən məmulatların hazırlanma texnologiyası orta əsrlərdə İranda yaranmışdır. Keçmiş ustalar təbaşir və yapışqan qatışığı hopdurulmuş bir neçə qat kağızdan müxtəlif qutular, mücrülər və altlıqlar hazırlayırdılar. XVIII əsrdə isə Avropada tütün qutusu dəbə düşdü. Bu qutuları qiymətli metallardan, eləcə də kətan yağında bişirilmiş və yüksək temperaturda qurudulmuş, preslənmiş kartondan, papye-maşedən də düzəldirdilər. İndi də papye-maşedən müxtəlif xırda məmulatlar — oyuncaqlar, maskalar, dekorativ məmulatlar, teatr rekvizitləri hazırlanır.
|
Məmulatı düzəltmək üçün sizə qəzet kağızı, içərisində su olan qab, un və ya nişastadan hazırlanmış yapışqan, vazelin və ya sellofan, PVA yapışqanı, sulu boya, xırda dənəli sumbata kağızı, bıçaq, qayçı və fırça lazım olacaq. |
* Papye-maşe — fransız dilindən tərcümədə «çeynənmiş kağız» deməkdir.