Siz dəfələrlə plastik butulkadan su içmişiniz.
|
Bəs plastik butulkalardan daha hansı məqsədlə istifadə etmək olar? Plastik butulkadan hansısa bir məmulat düzəltmək olarmı? |
|
Əgər onu kəssək, kəsilmiş hissələrdən necə istifadə edə bilərik? |
Butulkanın dibə yaxın hissəsini enli və ensiz zolaqlara ayırın (1). Zolaqların ucunu elə kəsin ki, iti olsun (2).
Nazik zolağın iti ucuna asanlıqla lazım gələn detalları taxmaq olar (3). Nazik zolaqların altına yaxın hissədə yarıq açıb (4), ona zolağın ucunu keçirmək olar (5).
! |
Bəs butulkanı necə kəsmək lazımdır?
Diqqət! Bıçağı və butulkanı düzgün tutmağı öyrənmək çox vacibdir. |
Butulkanı bərk saxlayıb (6) bıçağı qələm kimi, işlək ucuna yaxın tutun (7). Bıçağı butulkaya astaca sıxın və onu çərtin. Butulkanı bıçağa tərəf döndərməklə kəsməyi davam etdirin (8).
Bəs zolaqları necə kəsmək olar (9)? Bunu gözəyarı edin. Pəstahı bərk tutub birinci kəsimi yerinə yetirin (10). |