Bu məmulatlar nədən hazırlanıb?
Oduncaq və faner hansı xassələrə malikdir? Oduncağı necə istifadə edirlər? |
Hansı oduncaq növlərini tanıyırsınız?
Oduncaq qabığı və budaqları təmizlənib, doğranmış ağacdan alınan bərk materialdır. O, tikintidə, mebel və məişət əşyalarının hazırlanmasında, dekorativ-tətbiqi sənət nümunələrinin hazırlanmasında istifadə olunur.
Oduncaq möhkəm olduğu qədər də yumşaqdır. O yaxşı emal olunur, səsi və istiliyi keçirmir, suda şişir, əyilir və çatlayır.
Oduncağı metal bərkidicilər mismar və şruplar yaxşı birləşdirir.
Oduncaqdan düzəldilən məmulatlar uzunömürlü və gözəl olur.
|
Oduncağın əldə edilməsi və emalı haqqında nə bilirsiniz? Şəkillərə baxın. Orada nə təsvir olunub? |
Oduncağın tədarükü ilə meşə tədarükü sənayesi məşğul olur. Bu qiymətli xammalın tədarükü və ilkin emalı bir neçə əməliyyatdan ibarətdir — ağacın budaqlarının kəsilməsi, daşınması, mişarlanması, çeşidlənməsi, anbarlara yığılması.