İNFORMASİYA

3

KOMPÜTER VƏ İNFORMASİYA

  • Kompüter insana hansı işlərində kömək edir?
  • Tanıdığın ən kiçik kompüter hansıdır?

Kompüterdə informasiya prosesləri

Kompüter informasiya ilə işləyən qurğudur.

İnformasiya kompüterə giriş qurğuları vasitəsilə daxil edilir. Daxil edilmiş informasiya kompüterin yaddaşına yazılır. Yaddaşdakı informasiya emal olunmaq üçün prosessora ötürülür. Prosessor informasiyanı emal edir və nəticədə alınan yeni informasiya da yaddaşda saxlanılır.