İnsanlar aldıqdan informasiyanı sonradan istifadə etmək üçün müxtəlif formalarda saxlayır. Məqsəddən və informasiyanın növündən asılı olaraq müvafiq təqdimetmə forması seçilir; məsələn, eyni bir mənzərəyə baxan şair onu şeirlə, rəssam rəsmlə, bəstəkar musiqi ilə vəsf edir. Alim isə obyektlərin xassələrini özünə lazım olan formada göstərir.
Cədvəl
Eyni qrupdakı obyektlərin əlamətləri çox zaman cədvəl şəklində göstərilir. Bu halda onları tutuşdurmaq və nəticə çıxarmaq daha əlverişli olur.
Cədvəl sətir və sütunlardan ibarət olur. Birinci sütunda (sətirdə) obyektlərin xüsusi adları göstərilir. Birinci sətirdə (sütunda) isə əlamətlər qeyd olunur