Obyekti sözlə təsvir etmək üçün nəqli cümlələrdən istifadə olunur; məsələn: “Şəkildə palıd, söyüd və şam ağacları var”, “Qızın bantları göy rəngdədir”. Şəklə baxmaqla bu fikirlərin doğru, yaxud yalan olduğunu söyləmək olar.
Məntiqi mülahizə
“Doğru”, yaxud “yalan” olan hər hansı nəqli cümlə məntiqi mülahizə adlanır. Həqiqətə uyğun olan mülahizə doğru, həqiqətə uyğun olmayan mülahizə isə yalandır.
DOĞRU
YALAN
Şəklə baxıb belə mülahizə də söyləmək olar: “Balaca qızın göy bantları və qırmızı ayaqqabıları var”.
<---
Bu fikir iki sadə mülahizədən ibarətdir: “Balaca qızın göy bantları var”, “Balaca qızın qırmızı ayaqqabıları var”.