Mülahizələri söyləməklə yanaşı, onları sxemlərlə də göstərmək olar. Bunu nümunələrlə izah edək. Yəqin ki, sinif yoldaşlarınızın arasında idmanla, musiqi ilə, rəsmlə məşğul olanlar var.
Onda onlardan “İdmançılar”, “Musiqiçilər” və “Rəssamlar” qrupları təşkil etmək olar. Bəlkə də, sinif yoldaşlarınız arasında həm idmanla, həm də musiqi ilə məşğul olanlar var. Onlar haqqında belə mülahizə söyləmək olar:
Sinifdə idman və musiqi ilə məşğul olan şagirdlər var.
Deməli, bu şagirdləri həm “İdmançılar”,
həm də “Musiqiçilər” qrupuna aid
etmək olar.