Alqoritmlərdə elə addımlar ardıcıllığı olur ki, onları bir neçə dəfə təkrar yerinə yetirmək lazım gəlir. “Hovuzu doldurmaq” məsələsini yada salaq. Budaqlanmadan istifadə etməklə həmin məsələnin həll alqoritmini belə yazmaq olar:
Başlanğıc
Dövr
Gördüyünüz kimi, hovuzun tutumundan asılı olaraq alqoritmdə
Quyuya yaxınlaş
Vedrəni doldur
Hovuzun yanına gəl
Vedrəni hovuza boşalt
addımları bir neçə dəfə təkrarlanır.
Alqoritmdə təkrarlanan addımlar ardıcıllığını dövr adlandırırlar. Daxilində dövr olan alqoritmə isə dövri alqoritm deyilir.
Bəzən məsələlərdə təkrarlanmaların sayı qabaqcadan məlum olur; məsələn, əgər hovuzun 20 vedrə su tutduğu məlumdursa, onda göstərilən hərəkətlər ardıcıllığı 20 dəfə təkrar olunacaq.