Qrafik redaktorlar
Kompüter informasiya ilə işləyən universal qurğudur. Çünki kompüter istər
ədədi və qrafik, istərsə də mətn və səs informasiyaları ilə işləyir.
Kompüterdə
hər informasiya növü ilə işləmək üçün müvafiq proqramlar olur. Qrafik
informasiya ilə işləyən proqramlar qrafik redaktorlar adlanır.
Belə proqramlardan
biri – Paint qrafik redaktoru ilə artıq tanışsınız.
Rəsm alətləri
Rəssam şəkil çəkərkən müxtəlif alətlərdən istifadə etdiyi kimi, Paint proqramında da müvafiq rəsm alətləri nəzərdə tutulmuşdur. Bu alətlərin bir qismi ilə artıq işləmisiniz.
Lakin tez bir zamanda keyfiyyətli şəkil hazırlamaq üçün bəzən həmin alətlər azlıq edir; məsələn, istənilən xətti Karandaş və ya Fırça aləti ilə çəkmək o qədər də asan deyil.