Ətrafımızdakı hansı obyektləri simmetrik hesab etmək olar?
Əlifbadakı hansı hərflərin iki simmetriya oxu var?
Ötən dərsdə siz şəklin fraqmentinin döndərilməsi alqoritmi ilə tanış oldunuz.
Burada fraqmenti həm üfüqi, həm də şaquli oxa nəzərən döndərmək imkanı
var. Qrafik redaktorun bu imkanından çox zaman simmetrik fiqurların
çəkilməsində istifadə olunur.
Bu şəkildəki obyektlərin bir çoxu simmetrikdir, yəni
onların
sağ və sol, yaxud yuxarı və aşağı hissələri eynidir. Kağızda
işləyən rəssam obyektlərin simmetrik hissələrini bir-bir
çəkməlidir. Qrafik redaktorda isə belə işləri daha asanlıqla
yerinə yetirmək olur.
FİKİRLƏŞ
Bu şəkillərin çəkilməsində üfüqi, yoxsa şaquli döndərmədən istifadə oluna bilər?