Printer
Adətən, qrafik redaktorda çəkilmiş rəsm kağıza çıxarılır. Bu məqsədlə printer qurğusundan istifadə olunur. Monitor kimi, printer də çıxış qurğusudur. Sadəcə, monitor informasiyanı ekrana, printer isə kağıza çıxarır.
Print komandası
Kompüterdə olan mətni, yaxud qrafik informasiyanı çap etmək çox asandır. Bu məqsədlə bütün proqramlarda Print komandası nəzərdə tutulub.