MƏTN REDAKTORU
24
MƏTNİN NİZAMLANMASI
- Siyahılara aid hansı nümunələr göstərə bilərsən?
- Bu dərslikdə siyahılara harada rast gəlmisən?
Siyahı
Bəzən mətndə nəyi isə sadalamaq lazım gəlir. Sadalamaları daha cəlbedici və aydın etmək üçün siyahılardan istifadə olunur.
Siyahının bəndləri ------------>
bir-birindən xüsusi
simvollar - nişanlar
vasitəsilə ayrılır.
Nişanlanmış siyahı
Bəndlərinin qarşısında nişan qoyulmuş siyahı nişanlanmış siyahı adlanır.
WordPad mətn redaktorunda nişanlanmış siyahılar yaratmaq çox asandır. Bu
proqramda nişan kiçik qara dairəcik (•) şəklində göstərilir.
Nişanlanmış siyahıların yaradılması
- Kursoru siyahının başlayacağı yerə qoy.
- Alətlər zolağındakı
düyməsini çıqqıldat. Kursordan qabaqda kiçik qara dairəcik
(•) yaranacaq.
- Mətni daxil edib <Enter> klavişini bas. Siyahının növbəti bəndi yaranacaq.
- 3-cü addımı lazım olan qədər təkrarla.
- Siyahı ilə işi tamamlamaq üçün <Enter> klavişini iki dəfə bas.
FİKİRLƏŞ
Yuxarıdakı alqoritmi siyahı hesab etmək olarmı?