Sənəd
Mətn redaktorunda yığılmış və kompüterin yaddaşında saxlanılan mətn sənəd adlanır. Sənəd təkcə mətndən ibarət deyil. Sənəddə mətnlərlə yanaşı, şəkillər, cədvəllər, siyahılar da ola bilər. Sənədi hazırlayıb kompüterin yaddaşında saxlamaq işin hələ bir hissəsidir. Kompüterin yaddaşında saxlanılmış sənədə ancaq kompüterdə baxmaq olur. Əgər bu sənədi başqa insanlara göstərmək lazımdırsa, onda onu kağızda çap edirlər.
Mətnin formatlanması
Mətndə olan informasiyanın oxucuya tez və asan çatdırılması üçün onun xarici görünüşünün önəmi böyükdür. Başqa sözlə, mətni düzgün formatlamaq gərəkdir. Bunun üçün:
Sənəddə mətn və şəkillərin bir-birinə nəzərən düzgün yerləşdirməsinin önəmi böyükdür. Şəkilləri mətnin müvafiq yerlərinə qoymaq lazımdır. Bu zaman şəkillərin böyük-kiçikliyinə də diqqət yetirilməlidir.