Texnologiya
İnsanlar öz işlərini yüngülləşdirmək, yaşayışlarını yaxşılaşdırmaq üçün daim yeni-yeni obyektlər yaradırlar. Bunun üçün müxtəlif üsul və vasitələrdən istifadə edirlər.
Hər hansı işi yerinə yetirmək üçün istifadə olunan üsul və vasitələrin toplusu texnologiya adlanır.
Müxtəlif texnologiyalar var: evin tikilmə texnologiyası, çörəyin bişirilmə texnologiyası, ağacın emalı texnologiyası və s. Hər hansı işin yerinə yetirilmə texnologiyası bir neçə mərhələdən ibarət olur; məsələn, dərzi paltar tikmək üçün ölçü götürür, parçanı biçir, biçilmiş hissələri bir-birinə tikir və s.