İncəsənətə dair dialoq
Təsviri sənətdə “səlis forma”, “qüsursuz rəsm”, “gözəl siluet” ifadələrini necə başa düşürsünüz?Fransız klassisizminin nümayəndələrindən biri də tarixi və portret janrının görkəmli sənətkarı, rəssam Jan Ogüst Dominik Enqr olmuşdur. Öz müəllimi David kimi, o da antik dövr və italyan İntibahının rəssamları ilə maraqlanır, Rafaeli əlçatmaz ideal hesab edirdi.
Enqr öz yaradıcılığında canlı təbiətin qüsurlarından təmizlənmiş ideal, mükəmməl forma yaratmağa can atırdı, “ideal rəsm”i hər şeydən yüksək qiymətləndirirdi. O, şagirdlərinə belə deyərdi: “Xətt - rəsm deməkdir, bu isə hər şeydir!”